Yoahim Löv yığmadan 4 futbolçu kənarlaşdıracaq
07.05.2010 - 09:50
Yoahim Löv yığmadan 4 futbolçu kənarlaşdıracaq
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv dünya çempionatına aparmağa namizəd futbolçuların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bundestimin çalışdırıcısı 4 aparıcı futbolçunu CAR-a aparmayacaq.

Bunlar qapıçı Rene Adler, yarımmüdafiəçi Simon Rolfes (hər ikisi “Bayer”), yarımmüdafiəçi Tomas Hitslsperger (“Latsio”, İtaliya ) və Bundesliqanın bombardirlərindən olan hücumçu Kevin Kuranyıdır (“Şalke”).

İlk iki futbolçu zədə üzündən məsul turnirdən kənarda qalıb. Löv Kuranyı ilə Hitslspergeri isə çağırmağı lazım bilməyib. Yığmanın düşərgəsini özbaşına tərk etdiyinə görə baş məşqçinin qəzəbinə tuş gələn Kevindən fərqli, Tomas ötən seçmə mərhələdə daim çağırılır. “Ştutqart”ın kapitanı əsas heyətdə yerini itirdiyinə, milli komandası ilə DÇ-2010-a getmək şansının olmasına görə klubunu dəyişib İtaliya “Latsio”suna də, səyləri hədər gedib. Nəticədə almanların ölkədən kənarda çıxış edən yeganə futbolçusu kapitanı Mahel Balalkdır.

Türkiyəli legionerlər – Sərdar Taşçı və Məsut Özilə yenə güvənən Löv hər halda, son seçimini etməlidir. Məsələ ondadır ki, final mərhələsinə iştirak ərizəsində 23 futbolçunun olması nəzərdə tutulur və deməli, alman çalışdırıcı daha 4-ü heyətdən kənarlaşdırmalıdır.

Qeyd edək ki, yığmalar DÇ-2010 üçün iştirak ərizəsini iyunun 1-ə kimi FİFA-ya göndərməlidir.

Qapıçılar: Hans-Yurgen Butt (“Bavariya”), Manuel Noyer (“Şalke”), Tim Vize (“Verder”)

Müdafiəçilər: Denis Aoqo, Jerom Boatenq, Marsel Yansen (hamısı “Hamburq”), Holqer Badştuber, Filipp Lam (hər ikisi “Bavariya”), Andreas Bek (“Hoffenhaym”), Arne Fridrix (“Herta”), Per Mertesaker (“Verder”), Sərdar Taşçı (“Ştutqart”), Heyko Vestermann (“Şalke)

Yarımmüdafiəçilər: Mihael Ballak (“Çelsi”, İngiltərə), Sami Hedira, Kristian Traş (hər ikisi “Ştutqart”), Toni Kroos (“Bayer”), Marko Marin, Məsut Özil (hər ikisi “Verder”), Bastian Şvaynştayger (“Bavariya”), Pyotr Troxovski (“Hamburq”)

Hücumçular: Kakau (“Ştutqart”), Mario Qomes, Miroslav Kloze, Tomas Müller (hamısı “Bavariya”), Ştefan Kisslinq (“Bayer”), Lukas Podolski (“Köln”)
0