[b]2 km yola 164 manat aldı: Sürücü turisti necə aldatdı?[/b]
14.06.2018 - 12:35
[b]2 km yola 164 manat aldı: Sürücü turisti necə aldatdı?[/b]

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları meksikalı sərnişinin şikayəti ilə bağlı taksi sürücüsünün axtarışına çıxıblar. Apasport.az saytının “İnterfaks”a istinadən məlumatına görə, sözügedən sərnişin 2 km-lik yol üçün 6 min rubl (təxminən 164 manat) ödəyib.

 

Meksikalı qadın iyunun 8-də Nevski prospektinə getmək üçün BMW markalı taksiyə əyləşib. Onun iddiasına görə, lazım olan yerə çatdıqdan sonra taksi sürücüsü xidmət haqqı olaraq 7 min rubl (təxminən 191 manat) tələb edib.

 

“Turist əvvəlcə etiraz edib. Sürücü isə buna cavab olaraq qapıları kilitləyərək, onun avtomobildən düşməsinə izin verməyib. Qadın məcbur qalıb və 6 min rubl ödəyib. O, yalnız bundan sonra taksini tərk edə bilib” – deyə, mənbə bildirib.

 

Artıq avtomobil sahibinin kimliyi müəyyənləşib. O, Qatçina şəhərinin sakinidi. Axtarışlar davam edir.

0