[b]Almaniya – Azərbaycan oyununda anşlaq olmayacaq[/b]
07.10.2017 - 16:26
[b]Almaniya – Azərbaycan oyununda anşlaq olmayacaq[/b]

DÇ-2018-in seçmə mərhələsinin Almaniya – Azərbaycan oyununda 30 min azarkeş gözlənilir. Apasport.az saytının xəbərinə görə, bu məlumatı Almaniya Futbol İttifaqının nümayəndələri verib.

 

DÇ-2018-in seçmə mərhələsinin sabah keçiriləcək oyunu öncəsi baş tutan mətbuat konfransına qatılan qurum rəsmiləri bilet satışı barədə məlumat açıqlayıb. Onlar bildirib ki, indiki satış tempi ilə 30 min tamaşaçının arenada olması mümkündü.

 

Oyunun keçiriləcəyi Frits Valter stadionu 49 min 780 tamaşaçı tutumuna malikdi. Bu da o deməkdi ki, Kayzerslauterndəki arenanın təxminən 1/3 hissəsi boş qalacaq. Hərçənd Almaniya stadionları ən çox tamaşaçı tutması ilə tanınır.

 

 

0