[b]"Almaniya millisi baş verənlərə reaksiya verə bilmirdi" - Kan[/b]
18.06.2018 - 13:40
[b]"Almaniya millisi baş verənlərə reaksiya verə bilmirdi" - Kan[/b]

Almaniya yığmasının sabiq qolkiperi Oliver Kan Meksika ilə oyunun yekunlarını dəyərləndirib. Apasport.az saytının “Sport1”ə istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis “Bundestim”in rəqibin həmlələrini cavabsız qoyduğunu deyib.

“Meksikalılar xüsusilə də birinci hissədə dayanmadan Almaniya millisinin zəif tərəflərinin üzərinə gedirdilər. Komanda heç cür baş verənlərə reaksiya verə bilmirdi. Mərkəzdə Kedira və Kroos Drakslerlə Müllerdən dəstək ala bilmirdilər. Bu, artıq sirr deyil ki, biz nəzarəti ələ keçirə bilmədiyimiz bu tip oyunlarda problemlə üzləşirik” – deyə, Kan bildirib.

Qeyd edək ki, Meksika Almaniyanı 1:0 hesabı ilə məğlub edib.

0