[b]Avstraliya DÇ-2018-də[/b]
15.11.2017 - 14:57
[b]Avstraliya DÇ-2018-də[/b]

DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəsiqənin sahibi qitələrarası pley-off mərhələsində bəlli olub.

 

Asiya zonasında çıxış edən Avstraliya və KONKAKAF təmsilçisi Honduras mundiala 31-ci vəsiqə uğrunda mübarizə aparıb. Sonuncuların meydanındakı ilk görüşdə qalib müəyyənləşməsə də, Avstraliya yığması evdə cütün taleyini xeyrinə həll edib.

 

“Yaşıl qitə” təmsilçisi 3:1 hesablı qələbə ilə DÇ-2018-ə vəsiqə qazanıb. Bütün qollar 2-ci hissədə vurulub.

 

DÇ-2018

Qitələrarası pley-off, cavab oyunu

Avstraliya – Honduras – 3:1

Mavnor Fiqureoa, 54-öz qapısına, Mile Yedinak, 72, 85 - Mavnor Fiqureoa, 90+4

İlk oyun – 0:0

 

Qeyd edək ki, Avstraliyaya qədər  DÇ-2018-ə Avropadan Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Cənubi Amerikadan Braziliya, Kolumbiya, Uruqvay, Argentina, Asiyadan İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Afrikadan Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis, KONKAKAF-dan Meksika, Kosta-Rika, Panama vəsiqə qazanıb.

0