[b]“Azərbaycana yaxşı formada və böyük əminliklə yollanacağıq” [/b]
28.03.2017 - 11:24
[b]“Azərbaycana yaxşı formada və böyük əminliklə yollanacağıq” [/b]

“Hazırkı vəziyyətlə Avropa çempionatından əvvəl də üzləşmişdik. Buna görə də, həyəcanlı deyilik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Ceymi Uord deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda çıxış edən Britaniya təmsilçisi növbəti görüşünü məhz millimizə qarşı keçirəcək.

 

Ölkəsinin mətbuatına açıqlama verən Uord əvvəlcə qrupdakı vəziyyətlə bağlı danışıb: “Biz əvvəllər də bu cür təzyiq altında oyunlar keçirmişik. Lazımi təcrübəmiz var. Hər dəfə meydana özümüzə inanaraq çıxırıq. Qrupdakı digər komandaların vəziyyəti, imza atdığı nəticələr bizi narahat etmir. Seçmə mərhələyə yaxşı başladıq. Hazırda 10 xalımız var. Sadəcə, Avropa çempionatında olduğu kimi, yenə bütün oyunlara lazımi səviyyədə köklənməliyik. Vəziyyətə sona qədər nəzarət edə bilərik”.

 

30 yaşlı hücumçu söhbət əsnasında Bakıda yığmamızla baş tutacaq görüşə də toxunub: “Klublarımızın düşərgəsinə qayıtmışıq. Çalışmalıyıq ki, millinin növbəti matçına kimi də yaxşı formada qalaq və yığmaya özümüzə inamlı halda qayıdaq. Yayda Azərbaycanla keçirəcəyimiz oyuna yaxşı formada və böyük əminliklə yollanacağıq”.  

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da keçiriləcək.

 

 

 

0