[b]“Bakıda diqqətsizliyə yol verdik” – Benedikt Hovedes[/b]
28.03.2017 - 09:59
[b]“Bakıda diqqətsizliyə yol verdik” – Benedikt Hovedes[/b]

“Azərbaycanla görüşə qalib gəlmək üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin futbolçusu Benedikt Hovedes deyib.

 

Karyerası boyu “Şalke”yə sadiqliyi ilə seçilən müdafiəçi DÇ-2018-in seçmə mərhələsinin Azərbaycanla Bakıda keçirilən oyunu haqda fikirlərini açıqlayıb. Hovedes 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada bir az çətinlik yaşadıqlarını, lakin buna yığmamızın deyil, özlərinin səbəb olduğunu bildirib: “Düzdü, bu işin öhdəsindən gəlməyi bacardıq. Amma bunu özümüzə çətinlik yaratmaqla gerçəkləşdirdik. Düşünürəm ki, Bakıdakı görüşdə diqqətsizliyə yol verdik. Bütün oyun böyü tam kökləmə ilə çıxış etmədik. Bu da bizi lazımsız əziyyətə saldı”.

 

Qeyd edək ki, Hovedes Bakıdakı matçda 90 dəqiqə meydanda olub.

0