2 Sentyabr 10:02 Cavid Hüseynov 50-yə çatdı
DÇ-2018 xəbərləri 2 Sentyabr 10:02
511 baxış

Cavid Hüseynov 50-yə çatdı

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Norveçlə keçirdiyi səfər qarşılaşması Cavid Hüseynov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi yubiley matçına çıxıb.

 

Belə ki, yığmamızın 0:2 hesabı ilə məğlub olduğu görüşdə start heyətində meydana daxil olan və 90 dəqiqə mübarizə aparan Hüseynov 50-ci dəfə millinin formasını geyinib.

 

Bu oyunlarda Cavidin hesabında 2 qol var.