22 May 11:49 DÇ-2018: 8 futbolçu Xorvatiyaya lazım olmadı
DÇ-2018 xəbərləri 22 May 11:49
3464 baxış

DÇ-2018: 8 futbolçu Xorvatiyaya lazım olmadı

Dünya çempionatının iştirakçılarından olan Xorvatiya millisinin heyətində ixtisar baş verib. Apasport.az saytının məlumatına görə, 32 nəfərlik ilkin siyahı 24 oyunçuya enib.

 

Baş məşqçi Zlatko Daliç 8 futbolçunun mundial arzusunu ürəyində qoyub. Belə ki, çalışdırıcı Karlo Letitsa, Zoran Nijiç (hər ikisi "Hayduk"), Borna Barişiç ("Osiyek"), Borna Sosa ("Dinamo" Zaqreb), Marko Roq ("Napoli", İtaliya), Mario Paşaliç ("Spartak", Rusiya), Due Çop ("Kalyari", İtaliya) və İvan Santinini ("Kan", Fransa) Rusiyaya aparmamaq qərarına gəlib.

 

Baş məşqçi “24-lik”dən daha 1 oyunçunu çıxaracaq və ondan sonra Xorvatiyanın yekun heyəti müəyyənləşəcək.

 

Qapıçılar: Daniel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Gent", Belçika), Dominik Livakoviç ("Dinamo", Zaqreb);

 

Müdafiəçilər: Vedran Çorluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Beşiktaş", Türkiyə), İvan Striniç ("Sampdoriya", İtaliya), Deyan Lovren ("Liverpul", İngiltərə), Şime Vrsalko ("Atletiko", İspaniya), Yosip Pivariç ("Dinamo", Kiyev, Ukrayna), Tin Edvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Duje Çaleta-Sar ("Zalsburq", Avstriya);

 

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi "Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Milan Badel ("Fiorentina", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Filip Bradariç ("Riyeka");

 

Hücumçular: Mario Mandzukiç ("Yuventus", İtaliya), İvan Perişiç ("İnter", İtaliya), Nikola Kaliniç ("Milan", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Marko Pyatsa ("Şalke", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya).

 

Qeyd edək ki, Xorvatiya millisi mundialda mübarizəyə D qrupunda başlayacaq. Balkanlılar iyunun 16-da Nigeriya, 21-də Argentina, 26-da isə İslandiya ilə qarşılaşacaq.

Xəbər lenti