23 May 09:19 DÇ-2018: Argentina millisinin heyətində dəyişiklik
DÇ-2018 xəbərləri 23 May 09:19
472 baxış

DÇ-2018: Argentina millisinin heyətində dəyişiklik

Argentina millisinin DÇ-2018 üçün heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, qapıçı Serxio Romero zədə səbəbindən heyətdən kənarlaşdırılıb

 

Romero İspaniya ilə yoxlama oyununda (1:6) sağ dizindən aldığı xəsarətdən əziyyət çəkir. Onun bərpa prosesi üçün bir aya yaxın vaxt lazımdı. Bu üzdən də Romeronu “Tiqres” klubunun qapıçısı Nauel Qusman əvəzləyib.

 

Qeyd edək ki, Rusiyada keçiriləcək DÇ-2018 iyunun 14-dən iyulun 15-dək davam edəcək.

 

Xəbər lenti