[b]DÇ-2018: Argentinanın taleyi Çakıra əmanət[/b]
24.06.2018 - 16:30
[b]DÇ-2018: Argentinanın taleyi Çakıra əmanət[/b]

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, referi D qrupunda son turun ən maraqlı matçında əsas söz sahibi olacaq.

 

Nigeriya – Argentina görüşünə təyin olunan Çakıra yan xətdə Bahattin Duran və Tarık Ongun kömək edəcək.

 

Qeyd edək ki, Nigeriya – Argentina matçı iyunun 26-da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

0