18 May 09:31 DÇ-2018: “Barselona”nın futbolçuları mundialdan kənarda qaldı
DÇ-2018 xəbərləri 18 May 09:31
1748 baxış

DÇ-2018: “Barselona”nın futbolçuları mundialdan kənarda qaldı

Portuqaliya millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fernando Santos ilkin siyahıdan 12 nəfəri kənarda saxlayıb.

 

Belə ki, o, qapıçı Antunes (“Xetafe”, İspaniya), müdafiəçilər Juan Kanselo (“İnter”, İtaliya), Luiş Neto (“Fənərbaxça”, Türkiyə), Nelson Semedo (“Barselona”, İspaniya), Rolando (“Marsel”, Fransa), yarımmüdafiəçilər Andre Qomeş (“Barselona”, İspaniya), Ruben Neves (“Vulverhempton”, İngiltərə), Serjio Oliveyra (“Porto”), həmçinin hücumçular Eder (“Lokomotiv”, Rusiya), Nani (“Latsio”, İtaliya), Paulinyo (“Braqa”) və Roni Lopesə (“Monako”, Fransa) ehtiyac duymayıb.

 

Qapıçılar: Antoni Lopes (“Lion”, Fransa), Beto (“Göztəpə”, Türkiyə), Ruy Patrisio (“Sportinq”);

Müdafiəçilər: Bruno Alveş (“Reyncers”, Şotlandiya), Sedrik Soareş (“Sauthempton”, İngiltərə), Joze Fonte (“Dalyan İfan”, Çin), Mario Ruy (“Napoli”, İtaliya), Pepe (“Beşiktaş”, Türkiyə), Rafael Gerrero (“Borussiya”, Dortmund, Almaniya), Rikardo Pereyra (“Porto”), Ruben Dias (“Benfika”);

Yarımmüdafiəçilər: Adrien Silva (“Lester”, İngiltərə), Bruno Fernandes, Villiam Karvalyo (hər ikisi “Sportinq”), Joao Mario (“Vest Hem”, İngiltərə), Joao Moutinyo (“Monako”, Fransa), Manuel Fernandes (“Lokomotiv”, Rusiya);

Hücumçular: Andre Silva (“Milan”, İtaliya), Bernardo Silva (“Mançester Siti”, İngiltərə), Kriştianu Ronaldo (“Real”, İspaniya), Jelson Martins (“Sportinq”), Qonçalo Quedes (“Valensiya”, İspaniya), Rikardo Kuarejma (“Beşiktaş”, Türkiyə).

Xəbər lenti