21 May 14:46 DÇ-2018: Belçikaya Premyer Liqadan 13 futbolçu çağırıldı
DÇ-2018 xəbərləri 21 May 14:46
558 baxış

DÇ-2018: Belçikaya Premyer Liqadan 13 futbolçu çağırıldı

Belçika yığmasının dünya çempionatı üçün iştirak ərizəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roberto Martines 28 oyunçunun adını açıqlayıb.

 

Maraqlıdı ki, dəvətlilərdən 13-ü İngiltərə Premyer Liqasında çıxış edir. İspaniyalı mütəxəssis Eden Azarla yanaşı, onun qardaşı Torqanı da mundiala aparmaq fikrindədi. Maraqlıdı ki, "Roma"nın yarımmüdafiəçisi Raca Nainqqolan ilkin siyahıya salınmayıb. Martines onu mundiala aparmayacağını açıqlayıb.

 

Çağırılanlardan 5-i Rusiyaya səfər öncəsi heyətdən çıxarılacaq.

 

Qapıçılar: Koen Kastels ("Volfsburq", Almaniya), Tibo Kurtua (“Çelsi”, İngiltərə), Simon Minyole (“Liverpul, İngiltərə), Matz Sels (“Anderlext”);

Müdafiəçilər: Tobi Alderveyreld, Yan Vertongen (hər ikisi “Tottenhem”, İngiltərə), Dedrik Boyata (“Seltik”, Şotlandiya), Loren Siman (“Los-Anceles”, ABŞ), Kristian Kabasele ("Uotford", İngiltərə), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Cordan Lukaku ("Latsio", İtaliya), Tomas Meunier (PSJ, Fransa), Tomas Vermaelen (“Barselona”, İspaniya);

Yarımmüdafiəçilər: Naser Çadli ("Vest Bromviç", İngiltərə), Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə), Musa Dembele (“Tottenhem”, İngiltərə), Leander Dendonker (“Anderlext”), Maruan Fellaini (“Mançester Yunayted, İngiltərə), Adnan Yanuzay ("Real Sosyedad", İspaniya), Yuri Tilemans (“Monako”, Fransa), Aksel Vitsel (“Tiançjin Quanyan”, Çin);

Hücumçular: Mişi Batşuayi (“Borussiya”, Dortmund, Almaniya), Kristian Benteke (“Kristal Pelas”, İngiltərə), Yannik Karrasko (“Dalian Yifanq”, Çin), Eden Azar (“Çelsi”, İngiltərə), Torqan Azar (“Borussiya”, Mönhenqladbax, Almaniya), Romelu Lukaku (“Mançester Yunayted”, İngiltərə), Dris Mertens (“Napoli”, İtaliya).

 

 

Qeyd edək ki, Belçika yığması dünya çempionatında İngiltərə, Panama və Tunislə G qrupunda mübarizə aparacaq.

Xəbər lenti