[b]DÇ-2018: Didye Deşam da “o siyahı”ya düşdü[/b]
15.07.2018 - 22:45
[b]DÇ-2018: Didye Deşam da “o siyahı”ya düşdü[/b]

DÇ-2018-i çempion kimi başa vuran Fransa yığmasının baş məşqçisi Didye Deşam tarixə düşüb. Apasport.az saytının məlumatına görə, futbol mütəxəssisi həm oyunçu, həm də baş məşqçi kimi mundialı qazanan şəxslərin sırasına qoşulub.

 

Belə ki, daha əvvəl Franz Bekkenbauer 1974-cü ildə oyunçu, 1990-cı ildə isə baş məşqçi kimi Almaniya yığması ilə, Mario Zaqallo isə 1958 və 1962-ci illərdə oyunçu, 1970-ci ildə isə baş məşqçi kimi Braziliya millisinin heyətində qızıl medalları qazanıb.

 

Qeyd edək ki, Didye Deşam 1998-ci ildə Fransa yığması ilə oyunçu kimi dünya çempionluğunu əldə edib.

0