[b]DÇ-2018: Finalın hakimi bilindi[/b]
12.07.2018 - 23:12
[b]DÇ-2018: Finalın hakimi bilindi[/b]

Rusiyada keçirilən dünya çempionatında son təyinatlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA final və 3-cü yer uğrunda qarşılaşmanı idarə edəcək hakimlərin adlarını açıqlayıb.

 

İlk olaraq iyulun 14-də Belçika ilə İngiltərə arasında baş tutacaq təsəlli matçında iranlı Alireza Faqani ədalət təmsilçisi olacaq.

 

Bundan bir gün sonra çempionun bəlli olacağı Fransa – Xorvatiya qarşılaşmasında isə argentinalı Nestor Pitana fit çalacaq.

0