10 İyul 23:53 DÇ-2018: Fransa finalda - YENİLƏNİB
DÇ-2018 xəbərləri 10 İyul 23:53
5941 baxış

DÇ-2018: Fransa finalda - YENİLƏNİB

Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatıa görə, ilk finalçı Fransa və Belçika yığmaları arasında matçda müəyyənləşib.

 

Sankt-Peterburqda keçirilən görüşün taleyini 1 qol həll edib. Umtitinin ikinci yarıda vurduğu top Fransanı finala daşıyıb.

 

“Üçrənglilər” bununla da iyulun 15-də keçiriləcək həlledici qarşılaşmaya vəsiqə əldə edib. Ən azı gümüş medalları təmin edən Fransanın Moskvanın “Lujniki” stadionunda keçirilən finaldakı rəqibi sabah bəlli olacaq.

 

Belçika yığması isə Sankt-Peterburqda qalıb. Onlar iyulun 14-də baş tutacaq bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək ikinci yarımfinalda Xorvatiya və İngiltərə görüşəcək.

 

DÇ-2018

1/2 final

Fransa – Belçika - 1:0

Qol: Umtiti, 51

Sarı vərəqələr: Eden Azar, 63, Tobi Alderveyreld, 71, Nqolo Kante, 86, Kilian Mbappe, 90+2, Yan Vertongen, 90+5

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, Sankt-Peterburq stadionu

 

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru (15. Stiven Nzonzi, 84), 10. Kilian Mbappe, 13. Nqolo Kante, 21. Lukas Ernandes, 14. Blez Matuidi (12. Korentin Tolisso, 86)

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 17. Adil Rami, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 18. Nabil Fekir, 11. Usman Dembele

Baş məşqçi: Didye Deşam

 

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini (11. Yannik Karrasko, 80), 9. Romelu Lukaku, 10. Eden Azar (k), 22. Naser Şadli (21. Mişi Batşuayi, 90), 19. Mussa Dembele (14. Dris Mertens, 60)

Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 16. Torqan Azar, 18. Adnan Yanuzay, 15. Tomas Meunier, 20. Dedrik Boyata, 23. Leander Dendonker, 17. Turi Tilemans, 3. Tomas Vermalen

Baş məşqçi: Roberto Martines