[b]DÇ-2018: Fransa yığması Rusiyada yoldaşlıq görüşü keçirəcək[/b]
18.06.2018 - 23:16
[b]DÇ-2018: Fransa yığması Rusiyada yoldaşlıq görüşü keçirəcək[/b]

Fransa millisi dünya çempionatının gedişində daha bir yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, komanda bu dəfə də Moskva “Spartak”ının əvəzedici heyəti ilə qarşılaşacaq.

İyunun 22-də baş tutacaq görüşdə fransızların mundialda az oyun keçirən futbolçuları iştirak edəcək.

Qeyd edək ki, Fransa yığması iyunun 17-də “Spartak”la keçirdiyi ilk yoxlama matçında 3:2 hesablı qələbə qazanmışdı.

0