16 May 20:20 DÇ-2018: Gəmi kapitansız qaldı
DÇ-2018 xəbərləri 16 May 20:20
789 baxış

DÇ-2018: Gəmi kapitansız qaldı

DÇ-2018-də iştirak edəcək Peru millisi ilkin heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rikardo Qareka heyətə 24 oyunçunun adını daxil edib.

 

Kapitan Xose Paolo Gerrero isə narkotikdən istifadə etdiyi üçün cəzalandığından mundialdan kənarda qalacaq.

 

Peru yığmasına aşağıdakı oyunçular dəvət alıb.

 

Qapıçılar: Pedro Qalyese (“Verakrus”), Karlos Kaseda (“Deportivo Munisipal”), Xose Karvalyo (“UT de Kaxamarka”)

 

Müdafiəçilər: Luis Abram (“Veles Sarsfild”), Luis Advinkula (“Lobos”), Migel Arauxo (“Alyansa Lima”), Aldo Korso (“Universitario Deportes”), Nilson Layola (“Melqar”), Kristian Ramos (“Verakrus”), Alberto Rodrigez (“Sportinq Kristal”), Anderson Santamariya (“Puebla”), Migel Trauko (“Flamenqo”)

 

Yarımmüdafiəçilər: Pedro Akino (“Lobos”), Vilder Kartaxena (“Verakrus”), Kristian Kueva (“San Paulu”), Edison Flores (“Olborq”), Serxio Penya Flores (“Qranada”), Renaro Tapiya (“Feyenord”), Yosimar Yotun (“Orlando Siti”)

 

Hücumçu: Paolo Urtado (“Vitoriya Gimaraeş”), Endi Polo (“Portlend Timbers”), Andre Karrilyo (“Uotford”), Raul Ruidias (“Moreliya”), Cefferson Farfan (“Lokomotiv”)

 

Qeyd edək ki, Peru millisi dünya çempionatında İsveç, Danimarka və Fransa ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər lenti