[b]DÇ-2018: Hakimlərin qazancı açıqlandı[/b]
21.06.2018 - 14:47
[b]DÇ-2018: Hakimlərin qazancı açıqlandı[/b]

Rusiyada keçirilən dünya çempionatında hakimlərin qazancı açıqlanıb. Apasport.az saytının məlumatına görə, elit kateqoriyasına malik referilər yarışda iştirak üçün 57 min avro irəli düşüblər.

 

Bununla yanaşı, ədalət təmsilçiləri hər oyuna 2500 avro mükafata da sahib olacaqlar. Köməkçi hakimlər isə mundiala qatılmaq üçün 20 min avro, hər görüşə təyinat qarşılığında 600 avro qazanacaqlar.

 

Qeyd edək ki, DÇ-2014-də elit hakimlər turnirə 40 min avro müqabilində qatılmışdı.

0