[b]DÇ-2018: İlk 1/8 finalçılar bəlli oldu[/b]
20.06.2018 - 20:51
[b]DÇ-2018: İlk 1/8 finalçılar bəlli oldu[/b]

Dünya çempionatında ilk 1/8 finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna A qrupunun ikinci turu çərçivəsində keçirilən Uruqvay – Səudiyyə Ərəbistanı qarşılaşmasından sonra aydınlıq gəlib.

Bir gün əvvəl Rusiyanın Misir üzərində 3:1 hesablı qalibiyyətinin ardından Uruqvay da 1:0 hesablı qələbə qazanaraq, xallarının sayını 6-ya çatdırıb. Beləliklə, iki turdan sonra maksimum nəticə göstərən cənubi amerikalılar və meydan sahibləri adlarını növbəti mərhələyə yazdırıblar. İndi yalnız qrupda 1-ci və 2-ci yeri kimin tutacağı qeyri-müəyyəndi. Buna son turda Rusiya ilə Uruqvay iyunun 25-də öz aralarında keçirəcəkləri görüşdə aydınlıq gətirəcəklər.

Həmçinin, Mərakeşdən sonra Səudiyyə Ərəbistanı və Misir yığmalarının da mundialla vidalaşacağı rəsmiləşib. İlk iki turda xalsız qalan hər üç komanda üçün son tur formal xarakter daşıyır.

0