[b]DÇ-2018: Kim getdi, kim qaldı?[/b]
25.06.2018 - 00:20
[b]DÇ-2018: Kim getdi, kim qaldı?[/b]

DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün keçirilən 3 matçla bütün qruplarda ikinci tura yekun vurulub.

 

Artıq bir çox qruplarda həm 1/8 finala yüksəlmiş, həm də mübarizəni erkən dayandırmış komandalar bəlli olub.

 

Belə ki, A qrupunda Uruqvay və Rusiya, C qrupunda Fransa, D qrupunda Xorvatiya, G qrupunda isə İngiltərə və Belçika növbəti mərhələyə çıxmağı təmin edib.

 

Polşa, Panama, Tunis, Cənubi Koreya, Kosta Rika, Peru, Mərakeş, Səudiyyə Ərəbistanı və Misir üçün isə mundial erkən başa çatıb.

 

Qeyd edək ki, qrup mərhələsində son turun oyunlarına bu gün keçiriləcək 4 qarşılaşma ilə start veriləcək.

0