[b]DÇ-2018: Mancukiç tarixə düşdü[/b]
15.07.2018 - 20:11
[b]DÇ-2018: Mancukiç tarixə düşdü[/b]

DÇ-2018-in finalında Fransa ilə Xorvatiya üz-üzə gəlir. Apasport.az saytının məlumatına görə, qarşılaşamada avtoqola imza atan Mario Mancukiç tarixə düşüb.

 

Belə ki, Xorvatiyanın hücumçusu qapıları səhv salmaqla final matçında öz qapısına qol vuran ilk oyunçu olub. Antuan Qrizmanın cərimə zərbəsindən qapı qarşısına yolladığı topa başla uğursuz toxunan “Yuventus”lu komandasını hesabda geri salıb.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən oyunun ilk yarısını Fransa 2:1 hesabı ilə öndə bitirib.

0