[b]DÇ-2018: Messi və Dibala məşqi yarımçıq tərk etdi[/b]
19.06.2018 - 11:48
[b]DÇ-2018: Messi və Dibala məşqi yarımçıq tərk etdi[/b]

Dünya çempionatında qrup mərhələsinin II turunda Xorvatiya ilə qarşılaşacaq Argentina yığması oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, komandanın məşqinin son 15 dəqiqəsi azarkeşlərə açıq olub.

Lakin məşqin sonlarını izləyən fanatlar və jurnalistlər Lionel Messi, Paulo Dibala və Anxel Di Mariyanın hazırlıqda iştirak etmədiyini görüblər. Məlum olub ki, hər 3 futbolçu məşqin sonuna 20 dəqiqə qalmış məşqçilər korpusunun qərarı ilə meydançanı tərk edib. Onlar bərpa üçün masaja ehtiyac duyublar. Yığmanın mətbuat katibi ulduz futbolçuların səhhəti ilə bağlı heç bir problemin olmadığını açıqlayıb.

Qeyd edək ki, Argentina – Xorvatiya görüşü iyunun 21-də keçiriləcək. Cənubi amerikalılar ilk matçda İslandiya ilə bərabərə (1:1) qalıb.

0