[b]DÇ-2018: Perişiç ən yaxşı seçildi[/b]
12.07.2018 - 00:45
[b]DÇ-2018: Perişiç ən yaxşı seçildi[/b]

Dünya çempionatının yarımfinal mərhələsində keçirilən Xorvatiya – İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA birincilərin yarımmüdafiəçisi İvan Perişiçi fəqləndirib.

 

Oyunu yüksək səviyyədə keçirən ulduz futbolçu 68-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb.

 

2:1 hesablı qələbə ilə finala adlayan Xorvatiya millisinin həlledici görüşdəki rəqibi Fransa olacaq. Bu qarşılaşma iyulun 15-də baş tutacaq.

0