[b]DÇ-2018: Polşa - DOSYE[/b]
07.06.2018 - 14:45
[b]DÇ-2018: Polşa - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 7 gün qalır. Növbəti dosye Polşa millisi haqqındadı.

Polşa

FIFA sıralaması: 8-ci yer

Dünya çempionatlarında iştirak sayı: 7 (1938, 1974, 1978, 1982, 1986, 2002, 2006)

Dünya çempionatlarında oyun sayı: 31 (15 qələbə, 5 heç-heçə, 11 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 44-40

Ən yaxşı nəticə: Üçüncülük (1974, 1982)

Dünya çempionatlarında ən çox oyun keçirən polşalı futbolçu: Vladislav Jmuda – 21 oyun (1974, 1978, 1982, 1986)

Dünya çempionatlarında ən çox qol vuran polşalı futbolçu: Qjeqoj Lyato – 10 qol (1974 (7), 1978 (2), 1982 (1) )

Baş məşqçi

Adam Navalka: 60 yaş (23.10.1957)

1978-ci ildə Polşanı dünya çempionatında futbolçu kimi təmsil edən Adam Navalka 2013-cü ildən bəri millini çalışdırır. “Ağ-qırmızılar”ın tarixlərində ilk dəfə Avropa çempionatında 1/4 final görməsinə yardımçı olan 60 yaşlı mütəxəssisin həmçinin komandanın 2006-cı ildən sonra ilk dəfə mundiala yüksəlməsində də əməyi böyükdü. Onun rəhbərliyi dövründə Polşa millisi oynadığı 45 matçın 24-dən (53.33%) qalib ayrılıb.

Ulduz

Robert Levandovski: 29 yaş (21.08.1988)

10 matçda 16 qol – Robert Levandovski Avropa zonası üzrə DÇ təsnifat mərhələsinin ən məhsular futbolçusu idi. Adam Navalkanın “dünyanın ən yaxşı hücumçusu” adlandırdığı forvard təsnifat mərhələsinin gedişində milli tarixinin də ən məhsuldar futbolçusu statusunu ələ keçirdi. 2008-ci ildən bəri Polşa yığmasına çağrılan Levandovski bu müddət ərzində 93 matçda meydana çıxıb və 52 dəfə rəqib qapılarına yol tapıb.

 

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

2016-cı il, oktyabr

Sentyabrda Qazaxıstanla görüşdə qeydə alınan 2:2 hesablı bərabərlik bir anda – Danimarka və Ermənistanla oyunlardakı qələbələrin ardından unuduldu.

2017-ci il, mart

Çernoqoriya üzərində qazanılan 2:1 hesablı qələbə sayəsində Polşa qrupda birinci pilləyə yüksəldi.

2017-ci il, sentyabr

Danimarka Polşanı 4:0 hesabı ilə darmadağın edir. Sona üç tur qalmış ikinci pillə ilə arada olan xal fərqi üçə enir.

2017-ci il, oktyabr

Çernoqoriya ilə matçın sonuncu dəqiqələrində vurulan iki qol və 4:2 hesablı qələbə Polşanın Rusiyaya “bilet”i təmin etməsi anlamına gəlirdi.

 

Dünya çempionatına hazırlıq

Polşa mundial hazırlıqları çərçivəsində iki sınaq matçı keçirib. Nigeriyaya boyun əyən (0:1) “ağ-qırmızılar” Cənubi Koreyanı məğlub ediblər – 3:2. Polşa iyunun 8-də Çili, 12-də isə Litva ilə qarşılaşacaq.

 

Dünya çempionatı

Polşa Kolumbiya, Seneqal və Yaponiya milliləri ilə birlikdə H qrupunda mübarizə aparacaq.

Qrup mərhələsi

H qrupu

I tur

19 iyun

19:00. Polşa – Seneqal

“Otkrıtıe Arena”, Moskva

 

II tur

24 iyun

22:00. Polşa – Kolumbiya

“Kazan Arena”, Kazan

 

III tur

28 iyun

18:00. Yaponiya – Polşa

“Volqoqrad Arena”, Volqoqrad

 

Yekun iştirak ərizəsi

Qapıçılar: Lukaş Fabyanski (“Suonsi”, Uels), Voyçex Şesnı (“Yuventus”, İtaliya), Bartoş Byalkovski (“İpsviç”, İngiltərə);

Müdafiəçilər: Lukaş Pişek (“Borussiya”, Dortmund, Almaniya), Kamil Qlik (“Monako”, Fransa), Matsey Rıbus (“Lokomotiv”, Moskva, Rusiya), Artur Endjeyçik, Mixal Pazdan (hər ikisi “Legiya”), Tiaqo Çionek (“Spal”, İtaliya), Bartoş Bereşinski (“Sampdoriya”, İtaliya), Yan Bednarek (“Sauthempton” İngiltərə);

Yarımmüdafiəçilər: Yakub Blaşikovski (“Volfsburq”, Almaniya), Kamil Qrosiçki (“Hall Siti”, İngiltərə), Qjeqoj Krıxovyak (“Vest Bromviç”, İngiltərə), Slavomir Peşko (“Lexiya”), Pyotr Zielinski (“Napoli”, İtaliya), Karol Linetti (“Sampdoriya”, İtaliya), Yaçek Qoralski (“Ludoqorets”, Bolqarıstan), Rafal Kurzava (“Qurnik”);

Hücumçular: Robert Levandovski (“Bavariya”, Almaniya), Arkadiuş Milik (“Napoli”, İtaliya), Lukaş Teodorçuk (“Anderlext”, Belçika), David Kovnaçki (“Sampdoriya”, İtaliya).

0