[b]DÇ-2018: Portuqaliya – İspaniya matçının hakimi bəlli oldu[/b]
13.06.2018 - 20:59
[b]DÇ-2018: Portuqaliya – İspaniya matçının hakimi bəlli oldu[/b]

DÇ-2018-in daha 3 oyununun hakimləri açıqlanıb. Apasport.az saytının “championat”a istinadən məlumatına görə, FİFA iyunun 15-də keçiriləcək A qrupunun bir və B qrupunun iki qarşılaşmasının təyinatlarını açıqlayıb.

 

Günün ilk matçı olan Misir – Uruqvay oyununu Byörn Kyupers idarə edəcək. 45 yaşlı hollandiyalı hakim iki dəfə UEFA Avropa Liqasının (2013 və 2018) və bir dəfə Çempionlar Liqasının finalını (2014) idarə edib. Bu oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

Saat 19:00-da start götürəcək Mərakeş – İran millilərinin qarşılaşmasında ədaləti Türkiyə təmsilçisi Cüneyt Çakır qoruyacaq. Ona yan xətdə Bahattin Duran və Tarık Orgun kömək edəcək.

 

Nəhayət günün son və mərkəzi qarşılaşması olan Portuqaliya – İspaniya matçı italiyalı Canluki Rokkiyə həvalə edilib. Onun yardımçıları həmyerliləri Elenito Di Liberatore və Mauro Tonolini olacaq. Bu görüş saat 22:00-da başlayacaq. 

0