[b]DÇ-2018: Rusiya topu təhvil verdi - FOTO[/b]
15.07.2018 - 17:08
[b]DÇ-2018: Rusiya topu təhvil verdi - FOTO[/b]

DÇ-2018-in təşkilatçısı Rusiya təşkilatçılıq haqqını Qətərə təhvil verib. Apasport.az saytının məlumatına görə, təhvil-təslim mərasimi Rusiya prezidentinin Kremlindəki iqamətgahında baş tutub.

 

Mərasimdə FİFA prezidenti Canni İnfantino, Qətər əmiri Şeyx Temmim bin Hamad el Sani və Rusiya prezidenti Vladimir Putin iştirak edib. Təşkilatçılıq hüququnu simvolizə edən rəmzi top Putin tərəfindən İnfantinoya, ikinci tərəfindən isə ərəb şeyxinə təhvil verilib.

 

Qeyd edək ki, DÇ-2022 tarixdə ilk dəfə qış aylarında Qətərdə keçiriləcək.

0