[b]DÇ-2018: Səudiyyə Ərəbistanının təyyarəsi havada alovlandı[/b]
19.06.2018 - 01:02
[b]DÇ-2018: Səudiyyə Ərəbistanının təyyarəsi havada alovlandı[/b]

Səudiyyə Ərəbistanı yığmasını Rostova aparan təyyarə qəzaya uğrayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, havada olarkən təyyarənin qanadı alovlanmağa başlayıb.

Uruqvayla qrup mərhələsinin II tur matçına yollanan ərəblərin “hava gəmisi”ndə mühərrikin problem yaratdığı üzə çıxıb. Yanğına baxmayaraq, təyyarə hava limanına uğurlu eniş edə bilib. Nəticədə heç kim xəsarət almayıb.

Qeyd edək ki, Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşması iyunun 20-də “Rostov Arena”da keçiriləcək.

0