13 İyun 12:29 Dünya çempionatı FIFA-ya 6,1 milyard dollar qazandıracaq
DÇ-2018 xəbərləri 13 İyun 12:29
1686 baxış

Dünya çempionatı FIFA-ya 6,1 milyard dollar qazandıracaq

FIFA-nın Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatından nə qədər gəlir götürəcəyi açıqlanıb. Apasport.az saytının “New York Times”ə istinadən məlumatına görə, ali futbol qurumu mundialdan 6,1 milyard dollar qazanc əldə etməyi planlaşdırır.

3 milyard dollar təkcə televiziya haqlarının satışından gələcək. Bununla yanaşı, FIFA sponsor anlaşmaları sayəsində kassasına 1,65 milyard dollar daha əlavə edəcək.

Qeyd edək ki, FIFA DÇ-2014-dən 4,8 milyard dollar, CAR-dakı mundialdan (2010)  3,9 milyard dollar, Almaniyada keçirilən 2006-cı il dünya çempionatından isə 1,9 milyard dollar gəlir götürmüşdü.

Xəbər lenti