[b]Dünya çempionatlarına “Real” damğası: Rafael Varan 4-cü oldu[/b]
16.07.2018 - 01:01
[b]Dünya çempionatlarına “Real” damğası: Rafael Varan 4-cü oldu[/b]

DÇ-2018-i çempion kimi başa vuran Fransa yığmasının müdafiəçisi Rafael Varan maraqlı göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, arxa xətt oyunçusu eyni ildə həm Çempionlar Liqasını, həm də dünya birinciliyini qazanan 4-cü futbolçu olub.

 

Buna qədər Kristian Karambö (Fransa), Roberto Karlos (Braziliya) və Sami Xedira (Almaniya) da eyni uğura imza atıblar.

 

Maraqlıdır ki, bütün futbolçular Çempionlar Liqasını məhz “Real”ın heyətində qazanıblar.

0