[b]FİFA Koutinyonu seçdi [/b]
18.06.2018 - 00:23
[b]FİFA Koutinyonu seçdi

[/b]

DÇ-2018-in I turunun Braziliya – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA braziliyalı Felipe Koutinyonu matçın ən yaxşısı seçib.

 

O, qarşılaşmanın ilk yarısında hesabı açdığı və oyun ərzindəki fəallığına görə fərqlənib. Düzdü, Braziliya bu üstünlüyü qoruya bilməyib və 1 xalla kifayətlənib – 1:1.

0