[b]“İngiltərə çempion olsa, efirə alt paltarında çıxaram”[/b]
14.06.2018 - 16:17
[b]“İngiltərə çempion olsa, efirə alt paltarında çıxaram”[/b]

Sabiq futbolçu, hazırda isə aparıcılıqla məşğul olan Qari Lineker həmişə iddialı açıqlamaları ilə seçilir. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, o, növbəti dəfə canlı efirə alt paltarında çıxa biləcəyini istisna etməyib.

 

İngiltərə çempion olacağı təqdirdə Lineker bu addıma əl atacağını deyib. “İngiltərə yığması dünya çempionu olsun, efirə alt paltarında çıxmaq mənim üçün problem deyil” – deyə, o bildirib.

 

Qeyd edək ki, Lineker 2015-ci il sonlarına doğru, “Lester” İngiltərə Premyer Liqasında çempion olacağı təqdirdə efirə alt paltarında çıxacağına dair söz vermişdi. Nəticədə, “tülkülər” mövsümün birincisi olmuş, 57 yaşlı aparıcı isə vədinə əməl etmişdi.

0