[b]Mbappe dünya çempionatındakı bütün qazancından imtina etdi[/b]
16.07.2018 - 16:15
[b]Mbappe dünya çempionatındakı bütün qazancından imtina etdi[/b]

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2018-ə görə alacağı mükafat məbləğini xeyriyyə fonduna bağışlayacaq. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, 19 yaşlı futbolçu mundial ərzindəki bütün qazancını əlil uşaqlar üçün ödənişsiz idman tədrisi ilə məşğul olan təşkilata vermək qərarına gəlib.

 

Mbappe DÇ-2018-də keçirdiyi hər oyun üçün 20 min avro qazanıb. Üstəlik, o, mundialda vurduğu hər qola görə də bonus məbləğ əldə edib.

 

Qeyd edək ki, Kilian Mbappenin turnir ərzindəki təxmini qazancı 470 min avro təşkil edir.

0