[b]“Meksikalılar amansız idi” – Mats Hummels[/b]
17.06.2018 - 23:28
[b]“Meksikalılar amansız idi” – Mats Hummels[/b]

“Səudiyyə Ərəbistanı ilə oyundakı kimi oynadıq. Lakin bu dəfə rəqibimiz daha güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin futbolçusu Mats Hummels deyib.

 

DÇ-2018-in Meksika ilə oyunu barədə fikirlərini açıqlayan almaniyalı 0:1 hesablı məğlubiyyətə izah tapmağa çalışıb: “Meksika qələbəyə layiq idi. Amma biz də onların işini çox asanlaşdırdıq. Müdafiədə zəif oynadıq. Arxada yalnız mənimlə Jerom Boatenq qalırdıq. Əks-hücumlarda meksikalılar amansız idi”.

0