[b]"Messi kimdi ki, qaçmasın?" - dünya çempionu[/b]
23.06.2018 - 15:37
[b]"Messi kimdi ki, qaçmasın?" - dünya çempionu[/b]

Argentina millisinin sabiq üzvü, 1986-cı ildə keçirilən dünya çempionatının qalibi Ektor Enrike Lionel Messini DÇ-2018-dəki çıxışına görə tənqid edib. Apasport.az saytının “Ole”yə istinadən məlumatına görə, o, Leodan sabiq komanda yoldaşı Maradonadan nümunə götürməsini istəyib.

 

“Messi kimdi ki, qaçmasın? Eynisini Maradona üçün də deyə bilərik. İşinə yanaşman, hər şeyini ortaya qoymağın və formanı geydiyin üçün keçirdiyin qürur hissi hər şeydən önəmlidi. Maradona bizim üçün nümunə idi. Rahatlaşmağımıza imkan verməzdi. O, hamıdan çox qaçardı. Topu qəbul edəndə ayağına vurardılar, yıxılardı, sonra dərhal ayağa qalxardı və qaçmağa davam edərdi. Bunu gördükdə birlikdə mübarizə aparmalı olduğumuzun anlamını daha yaxşı dərk edərdik” – deyə, Enrike bildirib.

 

56 yaşlı dünya çempionu komanda yoldaşlarının Messiyə irad tutmalı olduqlarının önəminə diqqət çəkib: “İndi yığmada nə baş verdiyini anlamıram. Əgər mən Messinin partnyoru olsaydım, ona yaxınlaşar və deyərdim: “Özünə gəl və qaçmağa başla”.

0