[b]"Messi Ronaldodan geri qalır" - sabiq "Barselona"lı[/b]
23.06.2018 - 16:41
[b]"Messi Ronaldodan geri qalır" - sabiq "Barselona"lı[/b]

“Barselona”nın və Fransa yığmasının sabiq üzvü Emmanuel Peti Argentina yığmasının və Lionel Messinin dünya çempionatındakı çıxışı haqqında fikirlərini bölüşüb. Apasport.az saytının “Four Four Two”ya istinadən məlumatına görə, fransız Messinin liderlik özəlliklərinin olmadığını və çətin anlarda komandasına yardım etmədiyini iddia edib.

 

“Messi lider deyil. Bu mənada, o, Ronaldodan geri qalır. Messi tarixin ən yaxşı futbolçularından biri ola bilər, ancaq liderlik özəlliklərini də göstərməlidi. Özünə gəlməlidi. Çempionlar Liqasındakı oyununu gördük. “Barselona”da işlər qaydasında gedəndə Messi də yaxşı görünür. Vəziyyət çətinləşəndə isə birdən meydanda yoxa çıxır və onu görmək mümkünsüzə çevrilir. Belə hallarda qaçmır, meydanda gəzişir və topa toxunmur” – deyə, o bildirib.

 

Argentinanın pley-offa çıxacağına ehtimal verməyən Peti komandanı son illərin ən bərbad Argentinası adlandırıb: “Argentinanın oyunu çox zəif təsir bağışladı. Özlərinə əmin deyildilər, oyunçular arasında inamsızlıq var idi. Gördüklərimə əsasən deyə bilərəm ki, onların pley-offa vəsiqə qazanacaqlarına inanmıram.

 

Növbəti mərhələyə yüksəlmələri utancverici olardı, çünki İslandiya ilə oyunda bərbad idilər. Ortada oyun adına heç nə yox idi. Baş məşqçi Sampaoli isə turnirindən başlanğıcından etibarən istər heyətin müəyyənləşdirilməsi olsun, istər əvəzetmələr, çoxlu səhvlərə yol verir.

 

Xatırlayın, keçmişdə Argentinanı necə gözəl komandalar turnirdə təmsil edərdi. İndiki yığma onlardan çox uzaqdı. Onlar çox bərbad görünürlər”.

 

Qeyd edək ki, ilk iki turdan sonra Argentina millisinin aktivində 1 xal var.

0