[b]Mundialın ilk uğursuzu: Kuper istefaya göndərilir[/b]
20.06.2018 - 10:16
[b]Mundialın ilk uğursuzu: Kuper istefaya göndərilir[/b]

Misir Futbol Federasiyası yığmanın baş məşqçisi Ektor Kuperlə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının “Əl-Vətən” qəzetinə istinadən məlumatına görə, federasiya rəhbərliyi və məşqçilər heyəti arasındakı qarşılıqlı razılaşmaya əsasən, müqaviləyə xitam veriləcək.

 

Kuper iyunun 25-də Volqoqradda keçiriləcək Misir – Səudiyyə Ərəbistanı matçından sonra tutduğu postdan ayrılacaq.

 

Qeyd edək ki, Misir dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirdiyi hər iki oyunda (Uruqvay-0:1, Rusiya-1:3) məğlub olub.

0