[b]“Nə baş verdiyini anlaya bilmirəm” – Antuan Qrizman[/b]
15.07.2018 - 23:14
[b]“Nə baş verdiyini anlaya bilmirəm” – Antuan Qrizman[/b]

“Hələ də nə baş verdiyini anlaya bilmirəm. Çox həyəcanlıyam”. Apasport.az saytının xüsusi müxbirinin Moskvadan verdiyi məlumata görə, bu sözləri Antuan Qrizman deyib.

 

DÇ-2018-in final matçında Xorvatiya ilə qarşılaşan Fransa millisinin hücumçusu qələbəni belə şərh edib: “Çempion olduğumuz üçün inanılmaz dərəcədə sevincliyəm. Güclü komandamız var, bütün turnir boyu əvvəldən axıra qədər yaxşı oynadıq. Qələbədə baş məşqçimizin böyük rolu var. Bu komandanın üzvü olduğum üçün fəxr edirəm”.

 

Qeyd edək ki, final oyunu Fransanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

0