[b]Neymar Kosta-Rika ilə matçda oynamağa hazırdı[/b]
20.06.2018 - 18:46
[b]Neymar Kosta-Rika ilə matçda oynamağa hazırdı[/b]

Braziliya millisinin hücumçusu Neymar zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, beş qat dünya çempionlarının tvitter hesabında 26 yaşlı futbolçunun komanda ilə birlikdə məşqlərə başladığı qeyd olunub.

Neymarın Kosta-Rika ilə oynanılacaq matçda meydana çıxmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, braziliyalı forvard sağ ayağındakı ağrılar səbəbindən dünən keçirilən məşqi yarımçıq tərk etmişdi.

Sankt-Peterburqun ev sahibliyi edəcəyi Braziliya-Kosta-Rika oyunu iyunun 22-də Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

0