[b]"Neymar oynamağa hazırdı" - Tite[/b]
22.06.2018 - 13:13
[b]"Neymar oynamağa hazırdı" - Tite[/b]

Braziliya yığmasının baş məşqçisi Tite Neymarın vəziyyəti ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis hücumçunun Kosta-Rika ilə görüşdə oynamağa hazır olduğunu deyib.

 

“Tibbi analizlərin nəticələri göstərir ki, Neymar meydana çıxmağa hazırdı” – deyə, Tite bildirib.

 

Daha öncə Neymarın ayağındakı ağrılar səbəbindən məşqi yarımçıq qoyduğu barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, Braziliya – Kosta-Rika oyunu bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

0