[b]Qapıçıdan qeyri-adi nailiyyət: Debüt etmədən çempion oldu [/b]
16.07.2018 - 09:26
[b]Qapıçıdan qeyri-adi nailiyyət: Debüt etmədən çempion oldu
[/b]

PSJ-nin qapıçısı Alfons Areola qeyri-adi nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-də Fransa millisində çempion tituluna yiyələnən qolkiper yığmasında debüt etmədən bu uğura nail olub.

 

Ümumilikdə isə Fransanın heyətində iki futbolçu mundialda meydana çıxmayıb. Onlardan biri Areola olubsa, digəri Adil Ramidi.

 

Lakin millidəki oyun sayı “0”a bərabər olan qapıçıdan fərqli “Marsel”in müdafiəçisi 2010-cu ildən şərəfini qoruduğu yığmada 35 oyun keçirib.

 

0