20 Noyabr 15:03 100 mükafatın sahibi "xərçəng"ə uduzdu
DİGƏR NÖVLƏR xəbərləri 20 Noyabr 15:03
2784 baxış

100 mükafatın sahibi "xərçəng"ə uduzdu

Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Neçə vaxtdı xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.

 

2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.

 

Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında “Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.

Xəbər lenti