[b]142 idmançı arasında 31-ci yer[/b]
14.05.2018 - 10:49
[b]142 idmançı arasında 31-ci yer[/b]

Rusiyanın paytaxtı Moskvada qadınlar arasında Dünya Kubokunun Qran-pri mərhələlərindən olan "Moskva sablyası" beynəlxalq turniri keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkəmizi turnirdə Sevil və Sevinc Bünyatova bacıları təmsil edib.

 

Sevinc Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazansa da, xal hesabına görə növbəti mərhələyə yüksələ bilməyib.


Digər təmsilçimiz Sevil Bünyatova isə qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vurmaqla, pley-offa vəsiqə qazanıb. Növbəti mərhələdə italiyalı sablyaçı Katerina Navarrianı 15:13 hesabı ilə məğlub edib. Bünyatovanın turnirin 1/32 finalında da rəqibi İtaliya təmsilçisi olub. Sablyaçımız bu dəfə Loreta Gulotta üzərində 15:14 hesablı qələbə qazanıb. O, 1/16 finalda polşalı Malqorzata Kozaçuka 10:15 hesabı ilə uduzub. Sablyaçımız 142 iştirakçı arasında 31-ci yeri tutub.  

 

0