[b]30, 40, 50 manat + çay, kofe... – “Formula -1 paketi”[/b]
25.04.2018 - 14:34
[b]30, 40, 50 manat + çay, kofe... – “Formula -1 paketi”[/b]

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin startına 4 gün qalır. Apasport.az saytının məlumatına görə, yarışı tribunadan izləmək istəyənlərlə yanaşı, Qran-prinin keçirildiyi ərazilərdə yaşayan insanların balkonlarından istifadə etmək variantı da insanlar arasında populyardı.

 

Odu ki, feysbuk sosial şəbəkəsində müxtəlif elan qruplarında balkonların icarəsi ilə bağlı paylaşımlara rast gəlmək olur. Onlardan birində balkonun 1-ci yarış gününə olan icarə qiyməti 30, ikinci gün üçün 40, nəhayət, yarış gününə isə 50 manat olaraq göstərilib. Həmçinin, elanda izləyicilərə çay, kofe və müxtəlif sərin içkilərin təklif olunduğu da bildirilib.

 

Qeyd edək ki, 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq, 160-600 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 manat təşkil edir. 4 günlük biletlərə əlavə olaraq ayaqüstü zonalara birgünlük biletlər də ayrılmışdı. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 manat, şənbə günü üçün 100 manat və bazar günü üçün isə 150 manatdı. Yerli vətəndaşlara biletlər 25% daha ucuz qiymətə təklif olunur.

 

İlk sərbəst yürüşlər aprelin 27-də, sıralama turları isə 28-də keçiriləcək. Nəhayət, aprelin 29-da “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibləri müəyyənləşəcək.

0