Afinada keçirilən lisenziya xarakterli turnirdə beş Azərbaycan boksçusu mübarizəni dayandırıb
09.04.2008 - 11:35
Afinada keçirilən lisenziya xarakterli turnirdə beş Azərbaycan boksçusu mübarizəni dayandırıb
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın boks üzrə milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən sonuncu lisenziya xarakterli beynəlxalq turnirdə uğursuzluq zolağından çıxa bilmirlər. “APA-Sport” agentliyinin məlumatına görə, Nəriman Abdullayevin rəhbərlik etdiyi yağmamızın beş üzvü ilk döyüşdə məğlub olaraq lisenziya qazanmaq şansını itirib. Rahib Bəylərov (75 kq) Nikolay Vesilova (Belarus) 8:20, Rəhim Nəcəfov (54 kq) Xavatsi Xatsiqova (Belarus) 15:20, Fərhad Acalov (64 kq) Gevork Qalstyana (Yunanıstan) 9:14, Tofiq Əhmədov (69 kq) Manuel Ernestiyə (İtaliya) 13:16, Azər Məmmədov (+91 kq) Kristian Qlokana (Rumıniya) 13:14 hesabı ilə uduzub. Üç boksçumuz isə ilk görüşünü qələbə ilə başa vurub. Elnur Qədirov (81 kq) avstriyalı rəqibi Qzim Tahiri xəstələndiyindən ¼ finala döyüşmədən vəsiqə qazanıb. Həmyerlimiz bu gün almaniyalı Qottlib Veysslə qarşılaşacaq. İrlandiyalı Ross Hikkini 23:6 hesabı ilə məğlub edən Romal Amanov (60 kq) növbəti döyüşünü Georgian Popeskuya (Rumıniya) qarşı keçirəcək. Almaniya boksçusu Aleksandr Povernov üzərində 18:11 hesablı qələbə qazanan Elçin Əlizadə (91 kq) isə ¼ finalda Verdan Dipalo (Xorvatiya) ilə qarşılaşacaq. Bu gün, həmçinin Ceyhun Abıyev (48 kq) ilk görüşdə Fərhad Pəhləvanla (Türkiyə) döyüşəcək. Yarışın reqlamentinə əsasən, 54, 69 və 75 kq çəki dərəcəsində ilk üç, digər çəkilərdə isə ilk iki yeri tutan boksçular lisenziya qazanacaq.
Qeyd edək ki, indiyədək cəmi iki boksçumuz – milli komandanın kapitanı Şahin İmranov (57 kq) və Samir Məmmədov (51 kq) Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
0