8 Yanvar 10:27 Amerikalı legioner yığmamıza medal qazandırdı
DİGƏR NÖVLƏR xəbərləri 8 Yanvar 10:27
1151 baxış

Amerikalı legioner yığmamıza medal qazandırdı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə fiqurlu konkisürmə üzrə növbəti beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, “FBMA Trofi-2018”də Azərbaycan da təmsil olunub.

 

Ölkəmizin şərəfini milliləşdirilmiş amerikalı Morqan Flud qoruyub. Bir müddət öncə komandamıza cəlb edilən 18 yaşlı legioner qadınların mübarizəsində qüvvəsini sınayıb. Məcburi proqramda 3-cü olan Flud sərbəst çıxışda daha inamlı rəqs edərək, 2-ci olub. Yekunda 126,30 xal yığan təmsilçimiz gümüş medala layiq görülüb. O, çempion Emmi Peltonendən (Finlandiya) 22,94 xal geri qalıb.

 

Flud topladığı 126,30 xalla karyerasının rekordunu da vurub.

 

Qeyd edək ki, konkisürənimiz yanvarın 15-21-də Rusiyada keçiriləcək Avropa çempionatına yığmamızın ehtiyat siyahısında yer alacaq. 

Xəbər lenti