27 Noyabr 11:08 Bakı-2019: 10 növ və 4000-dən artıq idmançı
DİGƏR NÖVLƏR xəbərləri 27 Noyabr 11:08
994 baxış

Bakı-2019: 10 növ və 4000-dən artıq idmançı

2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının ilkin proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda baş tutacaq yarış 10 idman növü üzrə təşkil ediləcək.

 

Belə ki, Bakıda bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol növləri üzrə yarışların baş tutacağı dəqiqdi. 10-cu idman növü isə gələn ilin martında dəqiqləşəcək.

 

Yarışda ümumilikdə 4000-dən artıq atletin iştirakı gözlənilir.

 

Qeyd edək ki, Azərbaycanın Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə noyabrın 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə imzalanıb.