Bakıya gələcək ölkələrin sayı dəyişdi, heyət dəqiqləşdi
22.06.2018 - 10:22
Bakıya gələcək ölkələrin sayı dəyişdi, heyət dəqiqləşdi

Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları üçün Bakıya gələcək ölkələrin sayında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, iyunun 23-də təşkil olunacaq turnirdə 33 deyil, 32 yığma iştirak edəcək.

 

Bu ölkələr 52 oğlan və 44 qız gimnastla təmsil olunacaq. Reqlamentə əsasən, çoxnövçülük yarışında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla, ilk “17-lik”də yer alacaq iştirakçılar Buenos-Ayres-2018-ə getmək şansı əldə edəcəklər.

 

Oğlan gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparacaqlar. Ölkəmizi isə bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər.

 

Qeyd edək ki, ilkin siyahıda 58 oğlan və 54 qız idmançının yarışacağı açıqlanmışdı.

0