[b]"Bir böyükdən soruşaq": Rakı içib, öpüşüb, paylaşdılar[/b]
03.04.2018 - 11:48
[b]"Bir böyükdən soruşaq": Rakı içib, öpüşüb, paylaşdılar[/b]

“CBC Sport” telekanalının rəhbəri Volkan Üst yenidən gündəmə gəlib. Apasport.az saytı xəbər verir ki, idman kanalının rəhbəri sosial şəbəkədə səmimi fotoları ilə diqqət çəkib.

 

Üstün Antalyadakı restoranların birində həyat yoldaşı Özge Uzunla birgə çəkdirdiyi fotolar maraqla qarşılanıb. Spirtli içki – rakı qəbul edən cütlük fotolarını “bir böyükdən soruşaq” başlığı ilə paylaşıblar.

Qeyd edək ki, Volkan Üst bir müddət əvvəl məşhur aparıcı olan xanımı ilə 10 illik evliliyinə son qoymuşdu. Daha sonra yenidən birlikdə olmaq qərarına gələn türkiyəli iş adamı canlı yayımda Özge Uzuna evlilik təklif edərək “hə” cavabı almışdı.

0