[b]Cokoviç ilk "onluğ"a qayıtdı, Serena 153 pillə irəlilədi[/b]
17.07.2018 - 16:42
[b]Cokoviç ilk "onluğ"a qayıtdı, Serena 153 pillə irəlilədi[/b]

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon”un bitməsinin ardından ATP və WTA-nın reytinq cədvəllərində dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, kişilərdə turnirin qalibi Novak Cokoviç payızdan sonra ilk dəfə “ilk onluğ”a qayıdıb, finalçı Kevin Anderson isə “beşlik”də debüt edib.

 

İlk dörd pillədə isə heç bir dəyişiklik baş verməyib. Rafael Nadal liderliyini qoruyub. Rocer Federer yalnız ispan raketka ustasından geri qalır. Aleksandr Zverev üçüncü, Xuan Martin Del Potro isə dördüncüdü.

 

 

ATP sıralaması

 

1 (1). Rafael Nadal (İspaniya) – 9310 xal

2 (2). Rocer Federer (İsveçrə) – 7080

3 (3). Aleksandr Zverev (Almaniya) – 5665

4 (4). Xuan Martin Del Potro (Argentina) – 5395

5 (8). Kevin Anderson (CAR) – 4655

6 (6). Qriqor Dimitrov (Bolqarıstan) – 4610

7 (5). Marin Çiliç (Xorvatiya) – 3905

8 (10). Con İzner (ABŞ) – 3720

9 (7). Dominik Tim (Avstriya) – 3665

10 (21). Novak Cokoviç (Serbiya) – 3355

 

 

Qadın tennisçilərin WTA reytinq cədvəlində çempion Anjelik Kerber top-5-ə, finalçı Serena və 1/4 finalda mübarizəni dayandıran Dominika Çibulkova top-30-a, digər yarımfinalçı Yuliya Qörqes isə “ilk onluğ”a qayıdıb. Uilyamsın 153 pilləlik irəliləyişi diqqət çəkib.

 

Qeyd edək ki, Simona Halepin liderliyi davam edir. Karolin Voznyaçki ikinci, bir pillə irəliləyən Sloun Stivens isə üçüncüdü.

 

 

WTA sıralaması

 

1 (1). Simona Halep (Rumıniya) – 7571 xal

2 (2). Karolin Voznyaçki (Danimarka) – 6740

3 (4). Sloun Stivens (ABŞ) – 5463

4 (10). Anjelik Kerber (Almaniya) – 5305

5 (5). Yelina Svitolina (Ukrayna) – 5020

6 (6). Karolin Qarsiya (Fransa) – 4730

7 (4). Qarbinye Muqurusa (İspaniya) – 4620

8 (7). Petra Kvitova (Çexiya) – 4550

9 (8). Karolina Plişkova (Çexiya) – 4485

10 (13). Yuliya Qörqes (Almaniya) – 3980

---

28 (181). Serena Uilyams (ABŞ) - 1615

0